“Qalatasaray” klubunun yeni baş məşqçisi məlum oldu
27.05.2009 - 10:29
“Qalatasaray” klubunun yeni baş məşqçisi məlum oldu
“Qalatasaray” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, 41 yaşlı Bülənt Korkmazla yollarını ayırmaq qərarına gələn “Cim Bom” seçimini fransalı mütəxəssis Pol Le Quen üzərində edib.

Rəhbərlik onunla Fransanın paytaxtı Parisdə görüşüb. İstanbul təmsilçisinin rəsmisi Haldun Üstünel hazırda Fransanın PSJ klubunu çalışdıran Le Quenlə görüşmək üçün Parisdə olub. Danışıqlar son dərəcə çətin keçib və son detalları müzakirə etmək üçün hətta “Qalatasaray”ın futbol şöbəsinin müdiri Adnan Sezgin də Parisə gedib.

Görüşmələrin sonunda hər məsələdə anlaşan Le Quen Türkiyədə Superliqada mövsüm bitəndən sonra rəsmi müqavilə imzalamaq üçün İstanbula gələcək.

Qeyd edək ki, 2007-ci ildən PSJ-ni çalışdıran fransalı mütəxəssisin ən böyük uğurla “Lion” klubunda olub. Bu komanda Le Quenin rəhbərliyi altında ölkə çempionluğunu qazanıb. O, PSJ-dən öncə Şotlandiyanın “Qlazqo” klubunu da çalışdırıb. Le Quen mövsüm bitəndən sonra PSJ ilə müqaviləsini uzatmayacağı ilə bağlı açıqlama vermişdi.
0