Yığmamızın futbolçusu “Lokomotiv”də ilk qolunu vurdu
27.05.2009 - 10:38
Yığmamızın futbolçusu “Lokomotiv”də ilk qolunu vurdu
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının hücumçusu Tural İsgəndərov Moskvanın “Lokomotiv” klubunda fərqlənib. Apasport.az saytının məlumatına görə, gənc futbolçu baxışda olduğu Moskva təmsilçisində keçirdiyi ikitərəfli oyunda qol vurub. 1:1 hesablı ilə nəticələn görüşdə Tural komandasının yeganə qoluna imza atıb.

“Lokomotiv”in məşqçiləri ilk gündən özünü yaxşı tərəfdən göstərən İsgəndərovdan razılığını ifadə edirlər. Meydana çıxdığı ilk oyunda qol da vuran futbolçumuz rusların rəğbətini qazanıb. Turalın “Lokomotiv”ə keçmək şansı az olmasa da, onun haqda hələ son qərar verilməyib. Hücumçunun bir həftə baxışda olduqdan sonra taleyinə aydınlıq gələcəyi gözlənilir.

Qeyd edək ki, Tural müqavilə ilə “Neftçi” klubuna məxsusdur.
0