Ölkəmizdə çalışan məşqçini Avropa Liqasına buraxmadılar
27.05.2009 - 11:37
Ölkəmizdə çalışan məşqçini Avropa Liqasına buraxmadılar
Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy Avropa Liqasında Azərbaycan təmsilçilərinin potensial rəqibi olmaq şansını əldən verib. Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssisin çalışdırdığı “Pirin” komandası Bolqarıstan kubokunun final oyununda uduzub. Ölkə çempionatında orta sıralarda qərarlaşan Bolqarıstan təmsilçisi qitə kuboklarına vəsiqə qazanmaq üçün son şansını “Liteks”ə məğlub olmaqla itirib – 0:3.

Şensoyun yetirmələri qalib gələcəyi halda, Avropa Liqasının dördüncü seçmə mərhələsindən mübarizəyə qoşulacaqdı. Təmsilçilərimizdən “İnter” və “Simurq”dan üç, “Qarabağ”dan isə iki mərhələ sonra yarışa qatılmaq hüququnu qazanan “Liteks” isə komandalarımız üçün potensial rəqib olub. Lakin bunun üçün təmsilçilərimiz fantastik uğur qazanmalıdır.
0