Azərbaycan - İspaniya görüşünün baş hakimi bəlli oldu - EKSKLÜZİV
27.05.2009 - 11:57
Azərbaycan - İspaniya görüşünün baş hakimi bəlli oldu - EKSKLÜZİV
Azərbaycan milli komandasının iyunun 9-da İspaniya yığması ilə Bakıda keçirəcəyi yoldaşlıq görüşünü idarə edəcək hakim müəyyənləşib. Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Vadim Şevçenko apasport.az saytına eksklüziv açıqlamasında bildirib ki, oyunu FİFA referisi İqor İşenko idarə edəcək. Ona kömək edəcək hakimlərin adları isə hələ müəyyənləşməyib.

“Köməkçi hakimlərin adları yaxın günlərdə məlum olacaq. İşenko son turda Xarkovda oyun idarə edib və onun qayıdışını gözləyirik. Köməkçilərini onunla birgə müəyyənləşdirəcəyik. Hər halda, onlar da beynəlxalq dərəcəli hakimlər olacaqlar. Azərbaycan - İspaniya oyunu ilə bağlı hakimlərin adlarını AFFA-ya rəsmi şəkildə bildirəcəyik” – Şevçenko vurğulayıb.

42 yaşlı İşenko 2001-ci ildən FİFA hakimidir və hazırda vətənində ən təcrübəli referilərdən sayılır. Ukrayna çempionatının son turunda “Xarkov” – “Metallist” oyununu (1:2) idarə edən İşenko cəmi bir sarı vərəqə, onu da qonaqlara göstərib.

Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0