Çempionlar Liqasının qalibi 110 milyon avro qazanacaq
27.05.2009 - 12:47
Çempionlar Liqasının qalibi 110 milyon avro qazanacaq
Çempionlar Liqasının qalibi 110 milyon avro qazanacaq. Apasport.az saytının məlumatına görə, hətta finalda uduzan komandanın da kifayət qədər qazancı olacaq. Kuboka sahib çıxa bilməyəcək kluba 65 milyon avro veriləcək.

Ümumiyyətlə, bu gün “Mançester Yunayted” və “Barselona” arasında Romada keçiriləcək final matçının gəliri 310 milyon avro təşkil edir.

Müqayisə üçün qeyd edək ki, qalib komandaya ötən il daha az pul təqdim olunmuşdu. 2008-ci ilin mayında oyunsonrası penaltilər seriyasında “Çelsi”ni məğlub etmiş “Mançester Yunayted” 67 milyon avro qazanmışdı.
0