Alman məşqçi Lənkərandan razı qaldı
27.05.2009 - 13:17
Alman məşqçi Lənkərandan razı qaldı
“Özbəkistan yığması ilə Lənkəran şəhər stadionunda keçirilmiş yoldaşlıq oyununda komandamız möhtəşəm azarkeş dəstəyi gördü”. Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert deyib.

Almaniyalı mütəxəssis rəhbərlik etdiyi komandanın qarşıdakı rəsmi oyunlarının Lənkəranda keçirilməsinin daha yaxşı effekt verəcəyi ilə bağlı fikirlərini bildirib: “Bizi yorulmadan qələbəyə səsləyən bütün futbolsevərlərə bir daha təşəkkür edir və düşünürəm ki, U-21-in qarşıdakı rəsmi oyunlarının da Lənkəranda keçirilməsi çox yaxşı olardı. Bu halda, həm yığma azarkeşlərdən böyük dəstək alar, həm də beynəlxalq oyunların keçirilməsi bölgələrdə futbolun inkişafına, kütləviliyinin artırılmasına güclü təkan verər”.

Qeyd edək ki, U-21 mayın 20-də Lənkəranda keçirilən qarşılaşmada Özbəkistanın 20 yaşlılardan ibarət komandasına 0:1 hesabı ilə uduzmuşdu.
0