Mehmet Ak Qurban Qurbanovla az qala əlbəyaxa döyüşə çıxacaqmış
27.05.2009 - 13:32
Mehmet Ak Qurban Qurbanovla az qala əlbəyaxa döyüşə çıxacaqmış
Türkiyəli koordinator Mehmet Akın Ağdamın “Qarabağ” klubunu tərk etməsinin əsl səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, komandanın direktoru Əmrah Çəlikəl türkiyəli mütəxəssislə ortaq məxrəcə gələ bilmədiklərini açıqlasa da, əslində, Akın vətəninə yollanmasına Qurban Qurbanov səbəb olub.

Belə ki, “İnter”lə ölkə kubokunun final matçına hazırlıq zamanı baş məşqçi ilə mübahisə edən türkiyəlinin “Qarabağ”dan gedəcəyi elə o vaxt dəqiqləşibmiş. Az qala dava-dalaşla nəticələnəcək mübahisə yatırıldıqdan sonra əcnəbi çalışdırıcı Qurbanova yaxınlaşaraq, gələn mövsüm onunla işləməyəcəyini açıqlayıb. Finaladək məsələdən xəbərdar olan klub rəhbərliyinin tərələri barışdırmaq istəyi baş tutmayıb. Buna Akın qərarını qətiləşdirməyi səbəb olub. “İnter”lə görüş zamanı da çalışdırıcılar bir-biri ilə danışmırmış.

Akın Türkiyənin “Şəkərspor” klubunda çalışacağı gözlənilir. Bu komandanın prezidenti Süleyman Təkgül və texniki direktor Ərcan Duzgör də “İnter” – “Qarabağ” matçını izləyib.

mənbə: extratime.az
0