“Ronaldo ilə Messini tərəzinin bir gözünə qoymaq olmaz”
27.05.2009 - 13:55
“Ronaldo ilə Messini tərəzinin bir gözünə qoymaq olmaz”
İspaniya yığmasının üzvü Xavi Kriştianu Ronaldo ilə Lionel Messini müqayisə etməkdən çəkinib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi bu gün keçiriləcək Çempionlar Liqasının “Mançester Yunayted” və “Barselona” klubları arasında final oyunu ərəfəsində komandaların liderlərini fərqləndirib.

Kataloniyalıların ulduzu onlar arasında fərqin böyüklüyündən müqayisənin yersiz olduğunu bildirib. Ronaldonu aşağılamaqdan çəkinməyən Xavi portuqaliyalıya yazığı da gəlib: “Ronaldo və Messi eyni səviyyəli futbolçu deyil ki, onları müqayisə edim. Bunu etsəm Kriştianu biabırçı fərqlə uduzar. Axı Messi indi dünyanın ən yaxşı oyunçusudur. Heç səviyyəsinə görə ona yaxın olan da yoxdur. Hər hansı futbolçunu Messi ilə müqayisə etsəm, həmin şəxsə qarşı haqsızlıq olar. Ronaldoya hörmətim var. Amma Messi hamıdan öndədiır”.

Qeyd edək ki, ötən il Ronaldo dünyanın birinci, Messi isə ikinci futbolçusu seçilib.
0