Şok: Ronaldo final oyunu öncəsi zədələndi
27.05.2009 - 14:10
Şok: Ronaldo final oyunu öncəsi zədələndi
“Mançester Yunayted” Çempionlar Liqasının finalında “Barselona” ilə oyun öncəsi ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın lideri Kriştianu Ronaldo oyun öncəsi son məşqdə dabanından zədə alıb. Buna baxmayaraq, 24 yaşlı ulduz futbolçunun bu gün Roma şəhərində keçiriləcək həlledici görüşdə iştirak edəcəyi gözlənilir.

Ancaq hücumameylli yarımmüdafiəçi elastik sarğı ilə oynayacaq. Kriştianu ilə yanaşı, son məşqdə komanda yoldaşı Nemanya Vidiç də zədələnib. Ancaq serbiyalı müdafiəçinin də “Barselona”ya qarşı oynayacağı gözlənilir.

İspanların düşərgəsində də zədə ilə bağlı ciddi problemlər var. Komandanın aparıcı futbolçuları – ispan yarımmüdafiəçi Andreas İnyesta ilə fransalı hücumçu Tyeri Anri zədəli olduqları üçün bugünkü görüşdə oynayacaqları sual altındadır. Son məşqdə isə daha bir ispan yarımmüdafiəçi Serxi Buskest də xəsarət alıb. “Mançester Yunayted”dən Darren Fletçer, “Barselona”dan isə Erik Abidal Danni Alveş cəzalı olduqları üçün finalda çıxış etməyəcəklər.
0