Türkiyə - Azərbaycan matçı yerli hakimlərə tapşırıldı
27.05.2009 - 14:12
Türkiyə - Azərbaycan matçı yerli hakimlərə tapşırıldı
Azərbaycan və Türkiyə milli komandalarının oyununun hakimləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, iyunun 3-də keçiriləcək 21 yaşlılardan ibarət yığmaların qarşılaşmasını yerli referilər idarə edəcək. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçın baş hakimi Süleyman Abay olacaq ki, ona həmyerliləri Sedat Etik və Gökmen Olqaç, həmçinin Murat Esenlik kömək edəcək.

Qeyd edək ki, yoldaşlıq oyunu İstanbulun “Kasımpaşa” stadionunda keçiriləcək.
0