“Neftçi”: Hatəmi bizə lazım deyil!
27.05.2009 - 14:18
“Neftçi”: Hatəmi bizə lazım deyil!
“Neftçi” rəhbərliyi iranlı futbolçu Fərzad Hatəmi ilə bağlı rəsmi bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, klubun rəsmi saytında yer alan bəyanatda ötən mövsüm “Qəbələ” komandasında oynayan və müqaviləsi başa çatan 23 yaşlı hücumçu ilə yaxından maraqlanmaları ilə mətbuatda yayılan xəbərlərə münasibət bildirilib.

“Neftçi”nin rəhbərliyi bu xəbərin həqiqətəuyğun olmadığını və onun məqsədli şəkildə yayıldığını bəyan edib: “Bununla futbolçuya yaxın şəxslər onun qiymətini qaldırmağa çalışırlar. Bir daha bildirək ki, Fərzad Hatəmi heç vaxt “Neftçi”nin maraq dairəsində olmayıb və komandamız bu futbolçunu transfer etmək fikrində deyil”.
0