1 manatlıq yoldaşlıq oyunu
27.05.2009 - 14:34
İyunun 2-də keçiriləcək Türkiyə - Azərbaycan oyununun biletləri mayın 29-da satışa çıxarılacaq. Apasport.az saytının məlumatına görə, Kayseri şəhərinin “Kadir Has” stadionunda milli komandalar arasında baş tutacaq görüşlərin qiymətləri də məlum olub. Belə ki, matçı izləyənlər üç qiymətə olan biletlər arasında seçim edəcək. Arenanın şimal və cənub tribunalarına biletlər cəmi 2 türk lirəsinə (1 manat) olacaq. Şərq tribunasına giriş üçün 5 (2,5 manat), Qərb tribunasına isə daha baha 10 türk lirəsi (5 manat) ödəməlidir.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0