Saç yoldu, 1 oyun cəza aldı
27.05.2009 - 15:06
Saç yoldu, 1 oyun cəza aldı
Braziliyalı dünya çempionu Ronaldo cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, vətənində “Korintians” klubunda çıxış edən 33 yaşlı hücumçu rəqib futbolçuya qarşı etdiyi idmançıya yaraşmayan hərəkətin müqabilində canını bir oyunluq cəza ilə qurtara bilib.

Ronaldo “Botafoqo” ilə çempionat oyununda rəqib futbolçunun saçından dartıb. Hakim həmi epizodu görməsə də, kameralar bu saç yolmasını çəkə biliblər. Sonda Braziliya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi Ronaldonu yalnız bir oyunluq cəzalandırmağı qərara alıb.

Qeyd edək ki, iki dəfə (1994 və 2002-ci illərdə) Braziliya milli komandasının heyətində dünya çempionu olan Ronaldo indi zədədən sonra bərpa dövrünü keçir. Həmin zədə “Yekədiş” ləqəbli futbolçunu qısa müddətə sıradan çıxardıb.
0