Roberto Karlos nişanlısı ilə Vatikana niyə gedib?
27.05.2009 - 15:14
Roberto Karlos nişanlısı ilə Vatikana niyə gedib?
Braziliya milli komandasının sabiq futbolçusu Roberto Karlos nişanlısı ilə birlikdə Roma gəzintisinə çıxıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubunun müdafiəçisi “Golden Foot” mükafatının təqdimat mərasiminə tək yollanmayıb. Ötən il qazandığı mükafatın potensial sahibləri ilə görüşən Roberto sevgilisi Mariannanı da İtaliyaya aparıb. Burada Vatikan, Kolizey kimi görməli yerləri gəzən cütlük mağazalarda da alış-veriş edib. Türkiyədən Romaya gedib, orada da türk malları alan braziliyalı onu yaxalayan azarkeşlərin hər biri ilə şəkil çəkdirərək avtoqraf da paylayıb.
0