“Barselona” - “Mançester Yunayted” oyunu öncəsi qanlı olay
27.05.2009 - 15:25
“Barselona” - “Mançester Yunayted” oyunu öncəsi qanlı olay
Bu gün İtaliyanın paytaxtı Romada İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Barselona” klubları arasında keçiriləcək Çempionlar Liqasının final oyunu öncəsi qanlı olay baş verib. Apasport.az saytının məlumatına görə, adı açıqlamayan “Mançester Yunayted”in azarkeşi budundan bıçaq yarası alıb.

Yerli xəstəxanaya yerləşdirilən azarkeşin həyatı ilə bağlı təhlükə yoxdur. Roma polisinin verdiyi məlumata görə, ingilis azarkeşə dörd nəfər naməlum şəxs hücum edib. Bu hücum həmin azarkeşin qaldığı mehmanxananın yaxınlığına baş verib. Buna qədər Romada “Mançester Yunayted”in iki azarkeşi tutulub. Onlar içkili vəziyyətdə ictimai asayişi pozublar. Dünən isə polis ÇL-nin final oyununa saxta bilet satan iki nəfəri tutub.
0