Arda Turan əqli cəhətdən qüsuru olanların turnirinə qatıldı
27.05.2009 - 15:36
Arda Turan əqli cəhətdən qüsuru olanların turnirinə qatıldı
Türkiyənin “Qalatasaray” klubunun futbolçuları əqli cəhətdən qüsuru olanların futzal turnirində iştirak edib. Apasport.az saytının məlumatına görə, Əmrə Aşık, Arda Turan, Orkun və Ayhan TFF-in sabiq prezidenti Hasan Doğanın xatirəsinə həsr olunan birinci turnirdə nümunəvi matça çıxıb.

Yarışın açılış mərasiminə “Qalatasaray”ın baş məşqçisi Bülənt Korkmaz, ötən il vəfat edən Doğanın xanımı Aysel, oğlu Səlim, Xüsusi İdman Federasiyasının vitse-prezident Abdullah Tuncay da qatılıb. “Qalatasaray”ın yarışda mübarizə aparacaq komanda ilə yoldaşlıq oyununun qəhrəmanı isə Arda olub. Qapıçının zərbələrini qaytarmağına təəccüblənən futbolçunun donub qalması azarkeşlərin alqışı ilə müşayiət olunub.
0