“Qarabağ” klubu bəyanat yaydı
27.05.2009 - 16:53
“Qarabağ” klubu bəyanat yaydı
Ağdamın “Qarabağ” klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun son sahibi baş məşqçi Qurban Qurbanovla sabiq köməkçisi, türkiyəli Mehmet Ak arasında münaqişənin olması ilə yayılan xəbərlərə münasibət bildirib.

“Komanda daxilində hər hansı bir münaqişənin baş verməsi absurddur. Klubun direktoru Əmrah Çəlikəlin dediyi kimi, Mehmet Ak “Qarabağ”la müəyyən şərtlərdə razılaşmadığı üçün komandanı tərk edib. Onunla baş məşqçimiz Qurban Qurbanov arasında narazılığı və mübahisənin düşməyi isə düzgün deyil. Ak baş məşqçinin köməkçisi olub və onun tapşırıqlarını yerinə yetirib. Belə olan halda, onlar arasında hansı narazılıq yarana bilərdi?” – deyə bəyanatda vurğulanır.
0