“Araz”: 6 qolla 5-ci qızıl dubl
27.05.2009 - 17:19
“Araz”: 6 qolla 5-ci qızıl dubl
Naxçıvanın “Araz” klubu Azərbaycan kubokunu qazanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, naxçıvanlılar bu gün keçirilən final oyununda “Ekol” klubunu 6:2 hesabı ilə məğlub edib. Masallı Olimpiya İdman kompleksində keçirilən qarşılaşmadakı qələbə ilə “Araz” qızıl dublu rəsmiləşdirib. Belə ki, naxçıvanlılar bir neçə gün əvvəl ölkə çempionu adını da qazanmışdı.

Qeyd edək ki, “Araz” ardıcıl 5-ci dəfə həm Azərbaycan çempionatı, həm də kubokunun qalibi olur. Naxçıvanlılar 2004/05 mövsümündən başlayaraq bütün daxili yarışlarda ən yaxşı olduğunu göstərir.
0