“Barselona” azarkeşləri tərksilah edildi
27.05.2009 - 17:43
“Barselona” azarkeşləri tərksilah edildi
Bu gün Çempionlar Liqasının final oyununda çıxış edəcək İspaniyanın “Barselona” klubunun üç azarkeşi İtaliya polisi tərəfindən həbs olunub. Apasport.az saytının məlumatına görə, onlar silah qaçaqmalçılığında təqsirləndirilir. Romada “Barselona” azarkeşlərinə məxsus avtomobillərdə axtarış aparılıb. Bu zaman polis bir neçə silah, o cümlədən nizə və dəyənək aşkar edib. Azarkeşlərin Romaya daha hansı silah gətirməyə çalışması haqda dəqiq məlumat verilmir. Bu hadisə İtaliya paytaxtının yaxınlığında baş verib. Kataloniya klubunun azarkeşləri Romaya silah gətirə bilməyib.

İtaliya polisi buna qədər bir neçə nəfəri saxlayıb. İctimai asayişi pozduğuna görə iki sərxoş ingilis azarkeş həbs olunub. Daha iki nəfər isə final oyununa saxta bilet satdığına görə tutulub. Saxlanılanların ümumi sayı 11 nəfərdir. Daha bir insident dörd nəfər naməlum şəxsin “Mançester Yunayted”in azarkeşinin üstünə hücum edərək, ona bıçaq zərbəsi endirməsidir. Xəstəxanaya yerləşdirilən həmin şəxs həyatını xilas etmək mümkün olub.
0