“Simurq” Məmmədovdan əlini üzdü
27.05.2009 - 17:55
“Simurq” Məmmədovdan əlini üzdü
Camal Məmmədovun Zaqatalanın “Simurq” klubuna keçidi baş tutmayıb. Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl şifahi razılıq əldə olunan 26 yaşlı yarımmüdafiəçinin Premyer Liqamızın bürünc mükafatçısına transferi reallaşmayıb. Ötən mövsüm Bakının "Standard"da klubunda çıxış edən Camalla müxtəlif məsələlərdə ortaq məxrəcə gəlinməyib. "Simurq" orta xəttə oyunçu axtarışlarını və heyətin komplektləşdirilməsi işlərini davam etdirir.

Qeyd edək ki, bu il Avroliqada ölkəmizi təmsil edəcək Zaqatala təmsilçisi hələ ki yalnız milli komandamızı qapıçısı Rauf Mehdiyevi transfer edib.
0