“Adamiyaya dedim ki, istəsən, gedə bilərsən”
27.05.2009 - 18:17
“Adamiyaya dedim ki, istəsən, gedə bilərsən”
“Georgi Adamiya ilə söhbətim olub. Hiss olunur ki, Avropada oynamağa can atır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.

Son Azərbaycan çempionunun qış fasiləsində “Neftçi”dən transfer etdiyi Georgi Adamiyanın müqaviləsinin müddəti başa çatıb. Məmmədovun sözlərinə görə, 28 yaşlı gürcü hücumçunun başqa kluba keçmək variantı real olarsa, buna əngəl törətməyəcəklər: “Adamiya xarici kluba, Avropaya getmək istəyir. Mən də ona demişəm ki, buna maneçilik törətməyəcəyəm. İstəsən, gedə bilərsən. Adamiya deyib ki, Azərbaycanda ancaq “Bakı”da çıxış edəcək. Vallah, ondan konkret hansı xarici klubdan təklif aldığını soruşmadım. Amma dedi ki, ciddi variantı var. Əgər alınsa, həmin kluba keçəcək”.

Qeyd edək ki, 2005-ci ilin əvvəlindən ölkəmizdə çıxış edən Adamiya “Bakı”ya qədər “Neftçi” ilə də Azərbaycan çempionu olub.
0