Azərbaycan futbolunda daha bir mükafatlandırma mərasimi
28.05.2009 - 16:40
Azərbaycan futbolunda daha bir mükafatlandırma mərasimi
Sabah Azərbaycan çempionatının I divizionunun qalibləri - ABN, "Şahdağ" və "Anşad-Petrol" klubları mükafatlarına sahib çıxacaqlar. Apasport.az saytının məlumatına görə, bu münasibətlə AFFA-nın inzibati binasında tədbir təşkil olunacaq. Saat 15.00-da başlanacaq toplantıda ABN qızıl, "Şahdağ" gümüş, "Anşad-Petrol" isə bürünc medallara layiq görüləcək.

Premyer Liqanın əvəzedici heyətlər arasında keçirilən çempionatının qaliblərinin mükafatlandırılması isə fərqli olacaq. Yarışın qalibi "Neftçi" komandasına medallar Respublika Olimpiya İdman Liseyində təqdim olunacaq. Saat 14.00-da isə AFFA-nın inzibati binasında "Qarabağ" klubuna gümüş, "Bakı"ya isə bürünc medallar veriləcək.
0