Milli komandamızda daha bir futbolçu
29.05.2009 - 09:37
Milli komandamızda daha bir futbolçu
Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Apasport.az-ın AFFA-nın rəsmi İnternet saytına istinadən məlumatına görə, baş məşqçisi Berti Foqts Zaqatalanın “Simurq” klubunun yarımmüdafiəçisi Tural Cəlilovu da yığmaya çağırıb. Futbolçu Kayseri şəhərində keçirilən təlim-məşq toplanışında iştirak etmək üçün bu gün Türkiyəyə gedəcək.

Qeyd edək ki, Tural Foqtsun rəhbərliyi dövründə milli komandamıza bir neçə dəfə cəlb olunub. O, iyunun 2-də Türkiyəyə qarşı yoldaşlıq görüşü, eləcə də ayın 6-da Bakıda Uelslə rəsmi, 9-da isə İspaniya ilə yoxlama matçında forma geyinmək şansı qazanıb.
0