Azərbaycan yığmasında üç zədəli var
29.05.2009 - 09:54
Azərbaycan yığmasında üç zədəli var
Azərbaycan milli komandasında üç zədəli futbolçu var. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, dünya çempionatının iyunun 6-da Uelslə keçiriləcək seçmə oyununa hazırlaşan yığmamızın üç üzvü hazırlıqlara zədəli vəziyyətdə qatılır.

Türkiyənin Kayseri şəhərində təşkil olunan təlim-məşq toplanışı ümumilikdə normal keçsə də Sergey Sokolov və Vaqif Cavadov fərdi qaydada məşq etməyə məcburdur. Bunun səbəbi onların zədəli olmağıdır. Toplanış zamanı zədələnən Rauf Mehdiyevin durumu isə qənaətbəxşdir. Qapıçının zədəsi elə də ciddi deyil.

Qeyd edək ki, Uelslə qarşılaşmaya hazırlıq məqsədilə yığmamız iyunun 2-də Kayserinin “Kadir Has” stadionunda Türkiyə millisi ilə yoldaşlıq oyunu keçirəcək.
0