“Mançester Yunayted”, “Çelsi” və “Arsenal”ın futbolçuları Azərbaycana qarşı
29.05.2009 - 09:59
“Mançester Yunayted”, “Çelsi” və “Arsenal”ın futbolçuları Azərbaycana qarşı
Azərbaycan milli komandası ilə qarşılaşacaq İngiltərə yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, İngiltərə futbolunun ulduzu Teo Uolkott da yığmamıza qarşı oyuna çağırılıb.

“Arsenal” klubunda çıxış edən istedadlı hücumçu Azərbaycan və İngiltərənin 21 yaşlılardan ibarət milli komandalarının yoldaşlıq oyununa dəvət alan 23 oyunçu sırasındadır. Britaniyalıların baş məşqçisi Stüart Pirs Milton Keynes şəhərinin eyniadlı stadionunda baş tutacaq qarşılaşmaya digər tanınmış yetirmələrini də dəvət edib.

İyunun 8-də baş tutacaq görüşdə Qabriel Aqbonlahor, həmçinin “Mançester Yunayted” və “Çelsi” kimi klublardan olan futbolçular da meydana çıxa bilər.

Uolkott və komanda yoldaşları iyunun ikinci yarısında keçiriləcək 21 yaşlılar arasında Avropa çempionatının final mərhələsinə hazırlaşır.

Qapıçılar: Co Hart (“Mançester Siti”), Co Lyuis (“Peterburq Yunayted”), Skott Loaç (“Uotford”);

Müdafiəçilər: Martin Krani (“Portsmut”), Kyeron Gibbs (“Arsenal”), Mixael Mansyen (“Çelsi”), Nedum Onuoha (“Mançester Siti”), Mixael Riçards (“Mançester Siti”), Endryu Teylor (“Midlsbro”), Stiven Teylor (“Nyukasl”), Ceyms Tomkins (“Vest Hem”);

Yarımmüdafiəçilər: Li Kattermoul (“Uiqan”), Endryu Drayver (“Harts”, Şotlandiya), Kreyq Qardner, Ceyms Milner (hər ikisi “Aston Villa”), Adam Conson (“Midlsbro”), Fabris Muamba (“Bolton”), Mark Noble (“Vest Hem”), Cek Rodvil (“Everton”).

Hücumçular: Teo Uolkott (“Arsenal”), Qabriel Aqbonlahor (“Aston Villa”), Frezi Kempbell (“Tottenhem”), Denni Uelbek (“Mançester Yunayted”).
0