Yığmanın alman baş məşqçisi istefa verdi
29.05.2009 - 10:09
Kamerun milli komandasının baş məşqçisi Otto Pfister istefa verib. Apasport.az saytının məlumatına görə, 60 yaşlı alman mütəxəssis iyunun 7-də 2010-cu il dünya çempionatının və Afrika kuboku uğrunda seçmə mərhələ çərçivəsi Mərakeşlə rəsmi oyuna az qalmış postundan gedib.
Maraqlıdır ki, Pfister milli komanda ilə birgə Belçikaya gəlsə də, təlim-məşq toplanışında görünməyib. Əvəzində o, milli futbol federasiyasının nümayəndələrinə istefa ərizəsini təqdim edib. İstefanın səbəbləri hələ açıqlanmır. Kamerun Afrika zonasında son qrup mərhələsində ilk oyununda səfərdə Toqo yığmasına uduzub (0:1). Pfister məhz məğlub olduğu bu yığma ilə 2006-cı il dünya çempionatının final mərhələsində iştirak edib. Həmin vaxt onun sərəncamına köməkçi kimi üç yerli məşqçi verilib.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0