“Barselona”nın qələbəsini bayram edənlər həyatlarını itirdi
29.05.2009 - 10:31
“Barselona”nın qələbəsini bayram edənlər həyatlarını itirdi
İspaniyanın “Barselona” klubunun Çempionlar Liqasında (ÇL) qələbəsini bayram edən dörd azarkeş həyatını itirib. Apasport.az saytının məlumatına görə, Nigeriyanın Oqbo şəhərində “Mançester Yunayted”in azarkeşi öz mikroavtobusunda “Barselona”nın tərəfdarlarını basıb öldürüb. Sevimli komandasının ÇL-nin finalında ispanlara məğlubiyyətindən (0:2) qəzəblənən həmin fanat idarə etdiyi mikroavtobusla qələbəni bayram edən azarkeşlərin kütləsinə girib. Dörd nəfərin aldığı zədə ölümcül olub. On azarkeş isə müxtəlif dərəcədə xəsarət alıb. Yerli polisin verdiyi məlumata görə, həmin qatil azarkeş həbs olunub.
0