PSJ rəsmisi Azərbaycan yığmasının oyununu izləyəcək
29.05.2009 - 10:46
PSJ rəsmisi Azərbaycan yığmasının oyununu izləyəcək
Azərbaycan milli komandasının iyunun 2-də Türkiyə yığması ilə keçirəcəyi yoldaşlıq oyununu bir sıra Avropa klublarının seleksiyaçıları və nümayəndələri də izləyəcək. Apasport.az saytının məlumatına görə, Kayserinin “Kadir Has” stadionunda keçiriləcək qarşılaşmaya Fransanın məşhur PSJ klubunun rəhbərliyi də təşrif buyuracaq.

Paris təmsilçisinin səlahiyyətli nümayəndəsinin səfəri isə səbəbsiz deyil. Belə ki, fransızlar mövsüm bitən kimi ələ keçirmək istədikləri Semih Şəntürklə anlaşmaq üçün oyunsonrası dövrü münasib sayır. Türkiyə yığmasının və “Fənərbaxça” klubunun hücumçusunu sıralarına qatmaq istəyən komandanı hazırda gələn mövsüm “Qalatasaray”a keçəcəyi gözlənilən Pol le Quen çalışdırır.
0