AFFA, DİN...
29.05.2009 - 12:17
AFFA, DİN...
Azərbaycan milli komandasının Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunlara hazırlıq məqsədilə arenada iclas keçirilib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığıncaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 6-da keçiriləcək Azərbaycan – Uels və iyunun 9-da oynanılacaq Azərbaycan – İspaniya yoldaşlıq görüşünə hazırlıq məqsədi daşıyıb. Tədbirdə AFFA-nın, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Yanğından Mühafizə İdarəsinin və özəl mühafizə şirkətinin nümayəndələri iştirak edib. Səmərəli müzakirələrin aparıldığı iclasın keçirilməsində əsas məqsəd qeyd olunan beynəlxalq oyunlar zamanı azarkeşlərin stadiona gediş-gəlişinin rahatlığının və təhlükəsizliyin təmin edilməsi olub.

Qeyd edək ki, İspaniya yığması 2008-ci ilin avropa çempionudur.
0