Xaqani Məmmədov: O hakimləri bir daha görməsəniz, təəccüblənməyin
29.05.2009 - 12:31
Xaqani Məmmədov: O hakimləri bir daha görməsəniz, təəccüblənməyin
“Azərbaycanda elə hakimlər var ki, onlara ehtiyacımızın yoxdur. Bu barədə AFFA rəhbərliyi qarşısında məsələ qaldırmışam”. Apasport.az saytının məlumatına görə, bu sözləri lent.az-a müsahibəsində AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

Sabiq FİFA hakimi arxada qalan mövsümdə işindən uzaqlaşdırılan ədalət təmsilçilərinin siyahısının yeni çempionat ərəfəsində artacağını bildirib: “İndi ad çəkmək istəmirəm. Yəqin ki, yaxın vaxtlarda özünüz görəcəksiniz. Daha doğrusu, yeni mövsümdə onları görməsəniz, təəccüblənməyin. Bir neçə baş hakim, 10-dək yan xətt hakimləridir. Onların həm yaş həddini, həm də artıq Premyer Liqa ilə ayaqlaşa bilmədiklərini nəzərə alırıq. Cavanlara yol açmaq lazımdır. Əyalətlərimizdən gənc və perspektivli hakimlər çıxıb, onlar inkişaf etməlidirlər. Aralarında elələri var ki, hakimliyə yaş etibarilə bir qədər gec gəlsələr də, tezliklə relsə düşməlidirlər. Axı biz onlara nə vaxt şans verəcəyik?”

Qeyd edək ki, 2008/09 mövsümündə AFFA başda FİFA referiləri Babək Quliyev və Anar Niyazov olmaqla bir neçə hakimi oyunların idarəçiliyindən kənarlaşdırmışdı.
0