Sabah Rövnəq Abdullayev yeni futbol meydançalarının açılışında iştirak edəcək
29.05.2009 - 12:54
Sabah Rövnəq Abdullayev yeni futbol meydançalarının açılışında iştirak edəcək
Sabah Respublika Olimpiya İdman Liseyində yeni futbol meydançalarının açılışı olacaq. Bu barədə apasport.az saytına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, həmçinin Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev də iştirak edəcək. Bakıxanov qəsəbəsində yerləşən futbol meydançalarının açılış mərasimi saat 10:30-da başlanacaq.
0