“Milan”ı məşqçi işləməyən dünya çempionu çalışdıracaq
29.05.2009 - 12:57
“Milan”ı məşqçi işləməyən dünya çempionu çalışdıracaq
İtaliyanın “Milan” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Milan şəhərinin eyniadlı təmsilçisini braziliyalı Leonardo çalışdıracaq. 39 yaşlı mütəxəssisin təyinatı iyunun 1-də rəsmən açıqlanacaq.

Hazırkı baş məşqçi Karlo Ançelotti isə iş yerini İngiltərəyə yollanaraq, Londonun “Çelsi” klubunun baş məşqçi postuna keçəcək. Leonardoya Ançelottinin köməkçisi Mauro Tassotti yardım edəcək. “Milan”ın rəhbərliyi həmçinin kluba taktika üzrə mütəxəssis postunu yaratmağı planlaşdırır. Həmin şəxs “Milan”ın qarşıdakı rəqiblərinin oyununu öyrənərək, taktiki düzülüşlərlə bağlı Leonardoya məruzə edəcək.
0