Toşak: 4-5 futbolçunun Azərbaycanla görüşə çağırılmaması səbəbsiz deyil
29.05.2009 - 13:03
Toşak: 4-5 futbolçunun Azərbaycanla görüşə çağırılmaması səbəbsiz deyil
“Uels milli komandasının 4-5 aparıcı oyunçusunun Estoniya və Azərbaycanla görüşlərə çağırılmaması səbəbsiz deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Uels milli komandasının baş məşqçisi Con Toşak deyib.

İyunun 6-da keçiriləcək dünya çempionatının seçmə oyununda Azərbaycan milli komandasının rəqibi olan britaniyalıların təcrübəli çalışdırıcısı heyətdəki ciddi dəyişikliklərin təkcə zədə problemi ilə bağlı olmadığını açıqlayıb: “Finlandiyaya uduzduğumuz oyunda çox şey gördüm. Gənc futbolçu səhv edirsə, bunu başa düşmək olar. Amma təcrübəlilərdən bunu gözləmirdik. Həmin qarşılaşma göstərdi ki, bizim Litmanen və Hyuyupya kimi təcrübəli liderlərimiz yoxdur. Mən gic olardım ki, Finlandiyaya məğlubiyyətdən nəticə çıxarmayım”.

Qeyd edək ki, Uels Finlandiya ilə öz meydanında keçirdiyi görüşdə 0:2 hesabı ilə uduzmuşdu.
0