Şevçenko: Azərbaycan nümayəndələri ilə Vyanada danışıqlarımız olacaq
29.05.2009 - 23:12
Şevçenko: Azərbaycan nümayəndələri ilə Vyanada danışıqlarımız olacaq
“Azərbaycan və Ukrayna Futbol Federasiyaları arasında qarşılıqlı əməkdaşlığın olması əsas məsələdir. İki ölkə arasında sıx əlaqələrin, təcrübə mübadiləsinin olması vacibdir. Təməli artıq qoyulan əməkdaşlıqla bağlı Avstriyadakı görüşdə də danışıqlar olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin sədri Vadim Şevçenko deyib.

AFFA-nın Azərbaycan – İspaniya yoldaşlıq görüşünü idarə etmək üçün Bakıya ukraynalı hakimləri dəvət etməsini xüsusi qiymətləndirən Şevçenko Avstriyanın paytaxtı Vyanada keçirilən UEFA-nın seminarına yollanan nümayəndələrinə müvafiq göstərişlər verib: “Ora Peşəkar Futbol Liqamızın rəsmisi Viktor Dırdo ilə Vladimir Petrov yollanacaq. Dırdo mənə qədər Hakimlər Komitəsinin sədri olub. Petrov isə sabiq FİFA köməkçisidir. O, Avstraliyada keçirilən Olimpiadada final oyununda idarəçilik edib. Əməkdaşlıq təkcə hakim mübadiləsindən ibarət olmayacaq. Düzdür, sizin hakimlərin də yığmamızın yoldaşlıq görüşünü idarə etməsində maraqlıyıq və bu, gələcəkdə mütləq baş verəcək. Bizim hakimləri dəvət etmək praktikası artıq reallaşmaqdadır. Bundan sonra biz da buna cavab variantını, hakimlərinizin Ukrayna dəvət etmək imkanlarını axtarırıq. Hətta ola bilsin ki, təlim-məşq toplanışlarına mütəxəssislər də cəlb olunsun. Bütün bunlar Vyanadakı görüş zaman dəqiqləşdiriləcək. Mən lazımı tapşırıqlarını vermişəm və qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr olacaq. Əməkdaşlıq ənənə halını almalıdır”.

Qeyd edək ki, bu gündən etibarən iyunun 2-dək Vyanada UEFA-nın təşkilatçılığı ilə hakim-təlimatçılar üçün keçirilən seminarda AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov və Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov iştirak edir.
0