“Qalatasaray” ilk transfer bombasını partlatdı
29.05.2009 - 14:53
“Qalatasaray” ilk transfer bombasını partlatdı
Yeni mövsümün hazırlıqlarına başlayan “Qalatasaray” ilk transfer bombasını partladıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “Cim-Bom” “Sevilya”nın hücumçusu Frederik Kanuteni rənglərinə qatıb.

Bu transfer İstanbul təmsilçisinə asan və ucuz başa gəlməyib. Belə ki, “Qalatasaray” malili futbolçunun əvəzinə “Sevilya”ya bir sıra Avropa klublarının transfer siyahısında yer alan Mehmet Topalı verib. Topal ötən yay Türkiyə yığmasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb.

Kanutenin transferi ilə məşğul olan “Qalatasaray”ın futbol şöbəsinin müdiri Adnan Sezgin “Sevilya”nın idman direktoru ilə danışıqlar masasına əyləşib. İspaniyalı rəsmi şəxs Kanuteyə görə Cim Bom”dan Topal + 1 milyon avro tələb edib. Ancaq “Sevilya”nın idman direktoru danışıqların sonunda həmin məbləğdən vaz keçmək məcburiyyətində qalıb. “Qalatasaray” mövsüm bitəndən sonra rəsmi müqavilə imzalayacaq Kanuteyə bir ildə üç milyon avro verəcək.

Qeyd edək ki, Frederik “Sevilya”nın heyətində iki dəfə UEFA kubokunun, bir dəfə UEFA Superkubokunun qalibi olub.
0