Foqts Türkiyədə mətbuat konfransı keçirəcək
29.05.2009 - 16:10
Foqts Türkiyədə mətbuat konfransı keçirəcək
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Türkiyədə mətbuat konfransı keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 62 yaşlı almaniyalı mütəxəssis iyunun 2-də Türkiyə yığması ilə Kayseri şəhərində keçiriləcək yoldaşlıq görüşündən bir gün əvvəl jurnalistlərlə görüşəcək. İyunun 1-də “Hilton” otelində keçiriləcək mətbuat konfransı Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Milli komandamız elə həmin gün Bakı vaxtı ilə saat 19:00-da “Kadir Has” stadionunda məşqə çıxacaq. Məşqin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq. Komandamız mayın 24-dən Kayseridə hazırlığa başlayıb.

Qeyd edək ki, “Kadir Has” stadionunda keçiriləcək Türkiyə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
0