Yığmamızın sabiq qapıçısı qovuldu
29.05.2009 - 17:40
Yığmamızın sabiq qapıçısı qovuldu
Rusiya çempionatının ikinci dəstəsində çıxış edən Tverin “Volqa” klubunda kadr dəyişiklikləri baş verib. Apasport.az saytının məlumatına görə, baş məşqçi postuna Sergey Qriqoryevi gətirən tverlilər onun köməkçiləri arasında da islahatları zəruri sayıb.

Bu dəyişikliklərdən ziyan çəkən isə Azərbaycan milli komandasının sabiq qapıçısı Aleksandr Jidkov olub. “Volqa” qapıçılarla işləyən 44 yaşlı mütəxəssislə yollarını ayırıb. Klub rəhbərliyi həmyerlimizə minnətdarlıq edərək onu yola salıb. Tverlilər Jidkovla vidalaşmağa əsas səbəb kimi, onun müqaviləsinin bitməsini göstərir. Maraqlıdır ki, veteran qapıçımızın bu klubda işə başlaması heç iki ay çəkməyib. Aprelin 16-da “Volqa”ya gələn Jidkova cəmi 7 oyundan sonra qapını göstəriblər.
0