“Fan shop” milli komandamız üçün bilet satır
29.05.2009 - 17:57
“Fan shop” milli komandamız üçün bilet satır
Azərbaycan milli komandasının Uels və İspaniya yığmaları ilə Bakıdakı oyunlara bilet satışı ilə daha bir məkan bəlli olub. AFFA-nın İnformasiya və Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, hər iki görüşə biletləri bu gündən etibarən AFFA-nın inzibati binasının ərazisində yerləşən “Fan shop”dan da əldə etmək mümkündür.

Uels və İspaniya ilə oyunlara biletlər “Nərgiz” və “Şüvəlan park” ticarət mərkəzlərində, həmçinin Tofiq Bəhramov Respublika stadionunun kassalarında satılır. Eyni zamanda, biletlərin səyyar satışı da həyata keçirilir. Bundan əlavə, bilet almaq istəyənlər AFFA-ya müraciət edə bilər.

Qeyd edək ki, Uelslə oyun iyunun 6-da saat 20:00-da, İspaniya ilə görüş 9-da 21:00-da başlayacaq.
0