Fatih Terim azərbaycanlı jurnalistlərlə görüşəcək
29.05.2009 - 18:24
Fatih Terim azərbaycanlı jurnalistlərlə görüşəcək
İyunun 2-də Azərbaycan milli komandası ilə Kayseri şəhərində yoldaşlıq görüşündə üz-üzə gələcək Türkiyə yığmasının baş məşqçisi Fatih Terim mətbuat konfransı keçirəcək. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssis oyundan bir gün əvvəl – iyunun 1-də Bakı vaxtı ilə saat 21:00-da “Kadir Has” stadionunda mətbuat konfransı təşkil olunacaq. Bundan yarım saat sonra isə Türkiyə millisi həmin arenada məşq edəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Qeyd edək ki, milli komandamızın baş məşqçisi Berti Foqts da iyunun 1-də mətbuat konfransı keçirəcək. “Hilton” otelində jurnalistlərlə görüş Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Milli komandamız elə həmin gün Bakı vaxtı ilə saat 19:00-da “Kadir Has” stadionunda məşqə çıxacaq. Millimizin də məşqinin ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq.
0