“Neftçi” komandasının yeni baş məşqçisi bəlli oldu
30.05.2009 - 00:12
“Neftçi” komandasının yeni baş məşqçisi bəlli oldu
Arif Əsədovun Böyükağa Ağayevin köməkçisi təyin olunmasından sonra “Neftçi”nin əvəzedicilərdən ibarət komandasının yeni baş məşqçi bəlli olub. Apasport.az saytının məlumatına görə, bu postu tutmağa ən real namizəd Mirbağır İsayevdir.

4 ay öncə 17 yaşlılardan ibarət yığmadan ayrılan gənc məşqçi üçün "Neftçi" tanış ünvandır. Qurban Qurbanovun baş məşqçi işlədiyi vaxtda onun köməkçisi olan İsayev klubun ab-havası və şəraiti ilə yaxşı tanışdır. Uşaq və gənclər futboluna da əlinin içi kimi bələddir. U-17-ni Avropa çempionatının elit-raunduna çıxaran çalışdırdıcı artıq özünü sübut edib. İsayevin köməkçiləri Elmir Xankişiyev, Etibar Tanrıverdiyev və Rob Rekkersdir.
0