Azərbaycanlı futbolçu Türkiyə Superliqasında qol vurdu
30.05.2009 - 00:41
Azərbaycanlı futbolçu Türkiyə Superliqasında qol vurdu
Dünən Türkiyə Superliqasında son turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun heyətində yer aldıqları “Kocaelispor” “Hacettepe” ilə səfər oyununa çıxıb. Rəşad bu matçda forma geyinməsə də, İzmit təmsilçisinin 4:0 hesablı qələbəsində Ramalın da əməyi olub. Belə ki, həmyerlimiz 57-ci dəqiqədə hesabı açmaqla, qol sevinci yaşayıb.

Xatırladaq ki, bu, Hüseynovun “Kocalispor”un heyətində keçirdiyi ilk rəsmi görüş idi.
0