Tərlan Əhmədov futbolçu karyerasını başa vurdu
30.05.2009 - 10:05
Tərlan Əhmədov futbolçu karyerasını başa vurdu
Bakının “Olimpik” klubunun müdafiəçisi Tərlan Əhmədov karyerasını başa vurub. Bu haqda apasport.az saytına 38 yaşlı futbolçunun özü məlumat verib. O bildirib ki, rəhbərlik komandada gəncləşdirmə siyasəti apardığından bu addımı atıb. Amma “Olimpik” rəsmiləri Əhmədovun xidmətində yenə maraqlıdır. Belə ki, yığmamızın sabiq kapitanı paytaxt klubunda məşqçi kimi çalışacaq.

Qeyd edək ki, Tərlan Əhmədov SSRİ dövründə Avropa və dünya çempionu olsa da, Azərbaycan çempionu ola bilməyib. O, ölkəmizin ən iddialı klublarında – “Neftçi”, “Qarabağ”, “Turan” və “Karvan”da forma geyinib. “Olimpik”ə isə 2006-cı ildə baş məşqçi Əsgər Abdullayev tərəfindən dəvət olunub.
0