“Qalatasaray” əfsanəvi heyətindən sonuncu futbolçusunu da itirdi
30.05.2009 - 11:21
“Qalatasaray” əfsanəvi heyətindən sonuncu futbolçusunu da itirdi
“Qalatasaray” klubu UEFA və Avropa Superkubokunu qazanan əfsanəvi heyətindən sonuncu futbolçusunu da itirib. Apasport.az saytının məlumatına görə, ardıcıl 11 il “Cim Bom” formasında 500 oyuna çıxan, 15 kuboka sahib çıxan və Türkiyə yığması ilə dünya çempionatının bürünc medalını qazanan Hasan Şaş karyerasını başa vurub.

“Acılı-şirinli bu komandada 11 ilim keçdi. Ayrılmaq heç də yaxşı olmadı. Tüklərim biz-biz oldu. Amma vidalaşmaq vaxtı çatmışdı. Başda rəhbərlik, baş məşqçi Bülənt Korkmaz olmaqla, heç kimə münaqişəm yoxdur. Məni üzən yeganə olay canım qədər sevdiyim azarkeşin təpkisi oldu” – deyə Hasan bildirib.

Belə ayrılacağını düşünmədiyini söyləyən türk futbolçu bildirib ki, azarkeşlər ona mənəvi zərbə vurublar: “Mənə göstərilən təzyiqlər ürəyimə dəydi. “Qalatasaray” formasına vida etdim. Amma ölənəcən bu komandaya azarkeşlik edəcəyəm”.
0