Azərbaycan yığması ilə görüş
31.05.2009 - 00:02
Azərbaycan yığması ilə görüş
İyunun 7-dən 14-dək çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniyanın Kastelyon şəhərində keçiriləcək dünya çempionatının seçmə mərhələ oyunlarında iştirak edəcək. Apasport.az saytının məlumatına görə, bununla əlaqədar AFFA-nın baş katibi Elxan Məmmədov Futbol akademiyasında çimərlik futbolu üzrə milli komandanın üzvləri ilə görüşüb. Millinin üzvləri ilə görüşdə Məmmədov AFFA prezidenti Rövnəq Abdullayevin adından qarşıdakı yarışda futbolçulara uğurlar və qələbə sevinci arzulayıb.
Xatırladaq ki, millimiz DÇ-nin seçmə mərhələsində B qrupunda yer alıb. Komandamızın rəqibləri Portuqaliya, Avstriya və Almaniya yığmalarıdır.
0