Berti Foqts: Bəzi futbolçuların daha çox məşq etməyə ehtiyacı var
31.05.2009 - 00:11
Berti Foqts: Bəzi futbolçuların daha çox məşq etməyə ehtiyacı var
Mayın 25-dən Türkiyənin Kayseri şəhərində təlim-məşq toplanışı keçən milli komandamız növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, məşqdə Rəşad Sadıqovla Tural Cəlilov da iştirak edib. Kayseridə “Erciyesspor” klubunun stadionunda keçirilən bütün məşq proseslərindən razı qalan baş məşqçi Berti Foqts fikrini belə izah edib: “Məşq prosesində əksər futbolçular özlərini yaxşı mənada göstərməyə çalışırlar. Komanda ilə məşqə qatılan Rəşad yaxşı müdafiəçi olduğunu bir daha nümayiş etdirdi. Tural isə formasını düzəltməyə çalışır. Buna baxmayaraq bəzi futbolçuların daha çox məşq etməyə ehtiyacı var.”
0