“Qalatasaray” Martinslə maraqlanır
31.05.2009 - 00:20
“Qalatasaray” Martinslə maraqlanır
Klaudio Pizzaro, Rud van Nisterloy, Con Karyu, Cibril Sisse və Fernando Moryentesdən dəm vuran “Qalatasaray” hələ də susqunluğunu poza bilmir. Apasport.az saytının məlumatına görə, Türkiyə mətbuatı indi də İngiltərə Premyer Liqasını tərk edən “Nyukasl”ın hücumçusu Obafemi Martinsin tezliklə İstanbula köçəcəyini yazır. “Fotomaç” qəzetinin məlumatına görə, Tuqay Kərimoğlunun köməkliyi sayəsində “Cim-Bom”un rəsmiləri 24 yaşlı nigeriyalı futbolçu ilə görüşərək onun razılığını alıblar. Məlumata görə, Martins Türkiyəyə gələcəyi halda ilə 2 milyon avro məvacib alacaq.
2006-cı ildə “İnter”dən transfer edilən Martins son mövsümdə “Nyukasl”ın heyətində Premyer Liqada 24 oyunda rəqib qapılarından 8 top keçirib. O, həmçinin Nigeriya millisinin heyətində 21 oyunda 13 qol vurub.
0