Fatih Terim yığmamızla oyun üçün heyəti açıqladı
31.05.2009 - 05:51
Fatih Terim yığmamızla oyun üçün heyəti açıqladı
İyunun 2-də futbol üzrə Azərbaycan milli komandası ilə beynəlxalq yoldaşlıq görüşü çərçivəsində qarşılaşacaq Türkiyə yığmasının heyəti açıqlanıb. Apasport.az saytının Kayseri şəhərinə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, “ay-ulduzlular”ın baş məşqçisi Fatih Terim 25 futbolçuya dəvət göndərib.

Təcrübəli mütəxəssis yığmamızla görüşə əsas heyət üzvlərini çağırıb. Yalnız “Qalatasaray”ın zədəli müdafiəçisi Sərvət Çətinin yoxluğu diqqət çəkir. Eyni zamanda, milli komandada bir neçə debütant var. Yığmaya çağırılanlardan 8-i legionerdir.

Qeyd edək ki, Türkiyə - Azərbaycan matçı iyunun 2-də Kayserinin “Kadir Has” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq və ANS telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qapıçılar: Sinan Bolat (“Standard”, Belçika); Ufuk Ceylan (“Manisaspor”); Volkan Dəmirəl (“Fənərbaxça”).

Müdafiəçilər: Səbri Sarıoğlu, Hakan Balta (hər ikisi “Qalatasaray”); Gökhan Zan, İbrahim Üzülməz (hər ikisi “Beşiktaş”); Gökhan Gönül (“Fənərbaxça”); Ceyhun Gülsəlam (“Trabzonspor”); Eren Güngör (“Kayserispor”); Bekir İrtegün (“Qaziantepspor”); İbrahim Kaş (“Xetafe”, İspaniya).

Yarımmüdafiəçilər: Mehmet Topal, Arda Turan (hər ikisi “Qalatasaray”); Əmrə Belözoğlu, Kazım Kazım (hər ikisi “Fənərbaxça”); Yusuf Şimşək (“Beşiktaş”); Tuncay Şanlı (“Miidlsbro”, İngiltərə); Nuri Şahin (“Borussiya”, D. Almaniya); Caner Erkin (MOİK, Rusiya).

Hücumçular: Semih Şəntürk (“Fənərbaxça”); Sercan Yıldırım (“Bursaspor”); Nihat Kahveçi (“Vilyareal”, İspaniya); Halil Altıntop (“Şalke”, Almaniya); Mevlut Erdinç (“Soşo”, Fransa).
0