Türkiyə və Azərbaycan yığmaları eyni oteldə
31.05.2009 - 06:24
Türkiyə və Azərbaycan yığmaları eyni oteldə
Türkiyə futbol yığması Azərbaycanla yoldaşlıq görüşünə hazırlaşmaq üçün bu gün Kayseri şəhərinə təşrif buyuracaq. Apasport.az saytının Kayseriyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Avropa çempionatının bürünc mükafatçıları Bakı vaxtı ilə saat 19:00-da bir araya gələcəklər. Türklər də bizim futbolçular kimi, “Hilton” otelində qalacaqlar.

Maraqlıdır ki, Fatih Terim yığmamızla oyuna qədər yetirmələrinə cəmi 1 dəfə məşq keçəcək. İyunun 1-də axşamçağı baş tutacaq məşqin ilk 15 dəqiqəsi mətbuata açıq olacaq.

Türkiyə və Azərbaycan komandaları arasında iyunun 2-də keçiriləcək görüş slovakiyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim funksiyasını Mario Vlk yerinə yetirəcək. Ona Marian Ruzbarski və Erik Veiss yardımçı olacaq. Maçtın dördüncü hakimi isə türkiyəli Bülent Yıldırımdır.
0