Türkiyə - Azərbaycan matçına slovakiyalı hakimlər
31.05.2009 - 11:50
Türkiyə - Azərbaycan matçına slovakiyalı hakimlər
İyunun 2-də Türkiyə və Azərbaycan milli komandaları arasında baş tutacaq yoldaşlıq görüşünün hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, oyun slovakiyalı hakimlərə həvalə edilib. Baş hakim Mario Vilkə Marian Ruzbarski və Erik Veiss kömək edəcək. Dördüncü hakim funksiyasının yerli Bülent Yıldırım yerinə yetirəcək.
0