“Kocaelispor”da qalmaq istəsəm də...”
31.05.2009 - 14:27
Superliqada yerini itirən “Kocaelispor” klubunda qalıb-qalmayacağı maraqla gözlənilən həmyerlimiz Rəşad Sadıqovun “Hacettepe” ilə görüşdən sonra verdiyi açıqlama rezonans doğurub. Apasport.az saytının məlumatına görə, milli komandamızın kapitanı onunla maraqlanan olmadığını bildirib: “Yeni müqavilə barədə mənimlə danışan olmayıb. Uzun müddətdir gözləyirəm. Artıq qarşıya baxacağam”.
Türk mətbuatında yer alan xəbərlərə görə, futbolçumuz İzmit təmsilçisində qalmaq istəyib. Amma “Kocaelispor” rəhbərliyi onun komandadakı gələcək taleyinə aydınlıq gətirməyib Rəşad özü də bu barədə danışıb: “Mən qalmağa hazır idim. Ancaq indiyədək mənimlə bu barədə söhbət olmayıb. Bu günədək gözlədim. Komandada qalıb qalmayacağıma Türkiyə - Azərbaycan matçından sonra qərar verəcəyəm”.

- Qarnaço "Aston Villa"da – 1 illik icarə
- "Fənərbaxça" Futbol A.Ş.-də yeni idarə heyəti – Mahmut Uslu klubdakı vəzifəsini davam etdirəcək
- "Yunayted"dən Bruno Fernandeş qərarı – Komandanın ən çox qazananı olacaq
- Acun Ilıcalıdan "Hall Siti" azarkeşlərinə transfer mesajı – 11 futbolçu ilə danışıqlar gedir
- "Arsenal" Tzolisi rəsmən açıqladı – Yunanıstanlı vingerlə 5 illik müqavilə
0
0